İspaniya La Liqasında 17-ci turun oyunları keçirilir.
Dünən keçirilən qarşılaşmalardan sonra turnir cədvəlində ikihakimiyyətlilik yaranıb. “Atletiko” Madriddə “Xetafe”ni qəbul edib. Meydan sahibləri 1 qolla 3 xalı aktivinə yazdırıb. Yeganə qolun müəllifi Aleksandr Sörlot olub.
“Barselona” isə öz meydanında “Leqanes”in müqavimətini qıra bilməyib. Bu görüşdə qonaqlar minimal hesablı qələbəyə seviniblər. “Leqanes”in qələbə qolunu Serxio Qonsales vurub. Qeyd edək ki, bu görüşlərdən sonra “Barselona” və “Atletiko” hərəyə 38 xalla turnir cədvəlinin ilk iki pilləsini bölüşürlər. Rəqiblərindən bir xal geri qalan “Real” isə üçüncüdür.